“Reno” pilotları Formula 1 Yaponiya Qran-Prisinin protokolundan çıxarılıb

“Reno” pilotları Daniel Rikkardo və Niko Hyulkenberq Formula 1 Yaponiya Qran-Prisinin protokolundan çıxarılıb.

Frame.az Beynəlxalq Avtomobil Federasiyasının (FIA) mətbuat xidmətinə istinadla xəbər verir ki, mərhələ başa çatandan sonra “Reysinq Poynt” komandası FIA-ya etiraz təqdim edərək Fransa komandasının bolidlərinin leqallığını şübhə altına alıb. Məsələn, maşınların tormoz tarazlığına düzəlişlərlə bağlı sistemlər onlarda sual doğurub.

FIA “Reysinq Poynt”un şikayətini nəzərdən keçirərək “Reno”nun hər iki pilotunu protokoldan çıxarmaq barədə qərar qəbul edib. Sistem texniki reqlamentə müvafiq sayılsa da, stüardlar hesab ediblər ki, o, pilotların elektron köməkçisi olub.

Xatırladaq ki, Yaponiya mərhələsinin yekunlarına görə, Daniel Rikkardo finişə altıncı gəlib, onun komanda yoldaşı Niko Hyulkenberq onuncu olub.

Beləliklə, “Reno” komandası Konstruktorlar Kubokunda doqquz bal birdən itirib, lakin buna baxmayaraq, hesabda beşinci yeri saxlayıb. Rikkardo və Hyulkenberqin protokollardan çıxarılması 6-10-cu yerlərin paylanmasında əsaslı dəyişikliklər yaradıb.

Beləliklə, hazırda altıncı mövqedə Şarl Lekler, yeddinci yerdə Pyer Qasli, səkkizinci yerə Serxio Peres, doqquzuncu yerdə Lens Stroll, onuncu yerdə Daniil Kvyat qərarlaşıblar.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: