“Respublika günü”ndə “Nar”-dan bayraq aksiyası

Hər zaman milli dəyərlərə diqqəti ilə seçilən mobil operator “Nar” müstəqilliyimizin 100-cü ilində Bakıda maraqlı aksiya keçirib. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar olaraq, “Nar”şəhər sakinlərinə dövlət bayrağının rəmzi olaraq üçrəngli lentlər hədiyyə etdi.

Aksiya yalnız şəhər mərkəzini deyil, Bakının müxtəlif bölgələrini də əhatə edib. Nar əməkdaşlarının da iştirak etdiyi bayraq aksiyası şəhər sakinlərinin böyük marağına səbəb olub. Aksiyadan hazırlanın xüsusi videonu isə “Nar”-ın rəsmi “Facebook” səhifəsindən (fb.com/narofficial) və digər sosial səhifələrdən izləyə bilərsiniz.

Qeyd edək ki, dövlət müstəqilliyinin 100 illiyi ilə əlaqədar olaraq, “Nar” abunəçiləri üçün müxtəlif kampaniyalar keçirir. Bu kampaniyalara qoşulmaqla abunəçilər “Nar”-dan pulsuz danışıq dəqiqələri və mobil internet əldə edə bilərlər. Kampaniyalar haqqında məlumatları nar.az səhifəsindən əldə bilərsiniz.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: