“Retro Bakı” layihəsi davam edir

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin layihəsi əsasında mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə mərkəzin təşkilatçılığı ilə reallaşdırılan “Retro Bakı” layihəsinin növbəti konsertləri avqustun 11-də və 12-də saat 19:00-da olacaq.

İdarədən Frame.az-a bildirilib ki, Fəvvarələr Meydanında baş tutacaq budəfəki konsert proqramında tanınmış müğənnilər Könül Kərimova və Nurlan Əzizbəyli maraqlı repertuarla paytaxt sakinləri və qonaqlarının görüşünə gələcək.

Qeyd edək ki, “Retro Bakı” layihəsi əhalinin və turistlərin asudə vaxtının xoş keçməsi, Azərbaycan musiqi incilərinin, korifey bəstəkarların əsərlərinin səsləndirilməsi məqsədini daşıyır və sentyabrın 15-dək davam edəcək.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: