Frame LifeTəqdimat

“Riyad” Mühafizə Xidmətinin idmançıları Budo Döyüş Növləri üzrə Dünya Kuboku uğrunda mübarizədə uğur qazanıblar

Azərbaycan Budo Döyüş Növləri Federasiyası Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təqvim planına əsasən 30 Noyabr-04 Dekabr tarixində Bakı İdman Sarayında Budo Döyüş Növləri üzrə Dünya Kuboku yarışı keçirilib. Yarışda “Riyad” Mühafizə Xidmətinin İdman şöbəsinin idmançıları mübarizə apararaq, uğurlu nəticə əldə ediblər.

Bu barədə mətbuata açıqlama verən RMX-nin mətbuat katibi Fuad Mədətov bildirib ki, yarışa qatılan RMX-nin İdman şöbəsinin 10 idmançısı qalib olublar.

RMX-nin Baş İdarə rəisi Etibar Qasımovun dəstəyi ilə yarışa qatılan idmançılar qalibiyyət uğrunda İdman şöbəsinin rəisi Akif Hüseynov, rəis müavini Elçin Musayev və baş məşqçi Vidadi Xəlilov tərəfindən xüsusi hazırlaşıblar və qalib gəliblər. Qalib gələn idmançılar aşağıda qeyd olunub:

I Yer:
Mail Abdullayev, Raul Abdulla, Əliəsgər Zeynalov, Vüqar Paşazadə.

II Yer:
Əli Ağalarov, Orxan Qasımlı, Murad İslamov.

III Yer:
Amin Mülkimov, Ramal Abbaszadə, Əmrah Cəfərov.

Açılış mərasimində çıxış edən RMX-nin Baş İdarə rəisi Etibar Qasımov və rəis müavini Elməddin Quliyev idmançılara uğurlar arzulayıblar. E.Qasımov ölkəmizdə idmanın inkişafına, o cümlədən bu turnirin təşkilinə görə dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevə, Gənclər və İdman Nazirliyinə və Azərbaycan Budo Döyüş Növləri Federasiyasına minnətdarlığını bildirib.

Daha sonra Etibar Qasımov və Elməddin Quliyev Dünya Budo Döyüş Növləri Federasiyasının “Fəxri Diplom”una layiq görülüblər.

Qeyd edək ki, Azərbaycan, İran, Rusiya, Şimali Kipr, Türkiyə, Hindistan, Özbəkistan, Misir və Gürcüstandan ümumilikdə 800 idmançının qatıldığı açılış mərasimində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin nümayəndəsi Əhəd Əliyev, Dünya Budo Döyüş Növləri Federasiyasının prezidenti, 10-cu dan qara kəmər ustası türkiyəli Eyup Zafer Gökbilən, Azərbaycan Budo Döyüş Növləri Federasiyasının təsisçisi və vitse-prezidenti Faiq Rəfiyev və başqa nüfuzlu şəxslər iştirak ediblər.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!