TeatrTəqdimat

“Romen” teatrı mövsümü “Biz qaraçılarıq” tamaşası ilə açacaq

“Romen” Qaraçı Musiqili Dram Teatrı 86-cı mövsümü avqustun 19-da “Biz qaraçılarıq” musiqili tamaşası ilə açacaq.

Frame.az xəbər verir ki, tamaşanın müəllifləri – teatrın əsasını qoyan İvan Rom-Lebedov, bədii rəhbəri Nikolay Sliçenkodur. Əsərdə qaraçı xalqının qədim Hindistan və Misirdən tutmuş Rusiyanın geniş ərazilərinədək yayılmasından bəhs edilir. Tamaşada süjet deyil, xalqın mədəniyyəti, o cümlədən musiqisi, rəqsləri əsas yer tutur.

Hazırda “Biz qaraçılarıq” tamaşası “Romen” Qaraçı Musiqili Dram Teatrının bədii rəhbəri, SSRİ Xalq Artisti Nikolay Sliçenkonun səhnəyə çıxdığı yeganə tamaşadır.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!