“Rotunda Jazz Club”da dörd ölkənin musiqiçilərindən ibarət ansamblın çıxışı olub

Oktyabrın 17-də “Rotunda Jazz Club”da Bakıda keçirilən Beynəlxalq Caz Festivalı çərçivəsində “Magne Thormodsæter Eurasia Ensemble” kollektivinin konserti olub.

Frame.az xəbər verir ki, ansambl Azərbaycan, Qazaxıstan, Gürcüstan və Norveç musiqiçilərini birləşdirir. Kollektivin təqdim etdiyi musiqi caz janrının bu ölkələrin folklor musiqisi ilə vəhdətindən ibarətdir.

“Magne Thormodsæter Eurasia Ensemble” kollektivinin çıxışı tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: