Rubik kubu barədə maraqlı faktlar

Bir sıra mənbələrə görə Ernyö Rubik İncəsənət Akademiyasında təhsil alan tələbələrinin üçölçülü obyektləri daha yaxşı anlamalarına yardım etmək məqsədi ilə öz məşhur kubunu hazırlayır.

Rubik özü isə bu məlumatı təkzib edərək bildirirdi ki, o müxtəlif səthi tapşırıqların həlli ilə məşğul olan zaman hər hansı bir obyekti dağıtmadan onun tərkib hissələrinin yerdəyişməsinin mümkün ola biləcəyi bir metod üzərində çalışır.

Taxtadan hazırlanmış kublardan ibarət prototip hazır olduqdan, onların bir-biri ilə bərkidilməsindən və müvafiq olaraq rənglənməsindən sonra Rubik anlayır ki, kubun ilkin vəziyyətə gətirilməsi özü-özlüyündə əyləncəli və maraqlı bir məşğuliyyətdir.

Maraqlısı isə odur ki, konstruktor ilk dəfə bu tapşırığı bir aydan çox bir müddət ərzində yerinə yetirməyə müyəssər olur, halbuki indiki dövrdə beynəlxalq turnirlərdə qaliblər bu işin öhdəsindən bir neçə saniyə ərzində gələ bilirlər.

 

Maraqli.info

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: