Rubik kubu yığmaqdan zövq alanlar üçün əla imkan

Başqalarından fərqli olaraq Rubik kubu yığmaqdan zövq alırsınız? Özünüz kimi zəkalı gənclər mühiti axtarırsınız?

Onda bilməlisiniz ki, Azərbaycan Gənclər Fondu dəstəyi, Azərbaycan Kub Assosiasiyasının (ACA) təşkilatçılığı və Qafqaz Universiteti Beynəlxalq Tətqiqat (InteRes) Klubu əməkdaşlığı ilə keçiriləcək kub yarışlarının məqsədi də elə daha çox gəncin iştirakı və daha çox əyləncənin olması ilə yarışların keçirilməsinə nail olmaqdır. ACA`in ruhu kubçuların birlikdə dost mühitdə əylənməsi və bir-birinə kömək eləməsi üçün var!

Dərəcələr: A, B, C. Kateqoriyalar: 2×2, 3×3, piraminks, sküb. Yarışmaçı limiti: 40. Biletlərin qiyməti: 5 AZN. Qeydiyyat linki: https://docs.google.com/forms/d/e/1FAIpQLSfFm337VF79t3Hr2QEH5yjbKsv2uCF6avPKkeBdPfbDklLung/viewform Son qeydiyyat tarixi: 28 dekabr və ya yarış 30 iştirakçı limitinə çatdıqda. [Gec qeydiyyatlar təsdiqlənməyəcək və həmin kubçular yarışda iştirak haqqı qazana bilməyəcəklər.]

Qeydiyyatdan keçib daha sonra gəlmək mümkün olmadığı təqdirdə, yarışdan ən az 8 saat öncə bunu bildirməyiniz xahiş olunur.

Danimarka ənənəsi keçərli, ACA Kub Bankı isə keçərsizdir. Ona görə də öz kublarınızı gətirməyi unutmayın. smile emoticon) Kub almaqla bağlı mesaj yazaraq müraciət edə bilərsiniz. (2×2, 4×4) Bilməyənlər üçün qeyd edək ki, Danimarka ənənəsi rəsmi nəticəsində üç sıfır olduqda həmin iştirakçıya şokolad verilməsi ilə əlaqəlidir. smile emoticon

Nəticələr http://cubecomps.com/ saytında yerləşdiriləcək. Mükafatlandırma isə belə olacaq: Hərkəsə iştirak sertifikatı veriləcək, qaliblərə isə dərəcəsinə uyğun qalibiyyət sertifikatı veriləcək. A dərəcəsində yarışan yarışmaçılar ayrıca mükafatlandırılacaq, B və C dərəcəsində yarışan yarışmaçılar isə ayrı.

C dərəcəsi=Ortalaması 45 saniyədən yuxarı, B dərəcəsi=Ortalaması 20-45 saniyə, A dərəcəsi=ortalaması 20 saniyədən az.

Belə olduqda həm ən yaxşı iştirakçılar mükafatsız qalmır, həm də digər iştirakçılar həvəslənir.

İştirak haqqı 5 AZN`dir və yalnız biletinizi aldığınız zaman ödəməyiniz mümkündür. Biletləri Starbucks`da olacaq yarış öncəsi görüş zamanı əldə edə bilərsiniz. Görüşə gəlməyiniz alınmadığı təqdirdə isə bizi məlumatlandıraraq ayrıca vaxtda görüş təyin etməyiniz mümkündür. Biletiniz, sizə ən yaxın metro stansiyasına pulsuz olaraq çatdırılacaqdır.

Yarış öncəsi görüş 20 dekabr saat 15:00`da Starbucks Port Bakuda olacaq. Görüşün detalları, WCA qaydaları və yarış gününün programı sizə mesajla bildiriləcək. Ona görə də qeydiyyatdan keçərkən əlaqə vasitələri yazmağı unutmayın. Qeyd edək ki, Dünya Kub Assosiasiyası Qaydaları dilimizə ilk dəfə olaraq Hikmət Mürsəlzadə tərəfindən tərcümə olunmuşdur.

Ən son olaraq, 3×3 kateqoriyası C dərəcəsinin qalibinə qalibiyyət sertifikatından əlavə olaraq üzərində Azərbaycan Kub Assosiasiyasının qurucusu Hikmət Mürsəlzadənin, ACA Əsas Heyət üzvü və İKİQAT Azərbaycan çempionu Mahir İsrafilovun, Azərbaycan Kub Assosiasiyasının yeni rəhbəri Seymur Quliyevin və istedadlı dizayneri Xanım Cəfərzadənin imzaları olan 2x2x2 profesional yarış kubu hədiyyə olunacaqdır.

3×3 kateqoriyası B dərəcəsinin qalibinə YuXin 4x4x4 profesional yarış kubu;

A dərəcəsinin qalibinə YuXin Timer;

2×2, piraminks və sküb kateqoriyalarının qaliblərinə isə WCA Qaydalar kitabının dilimizə tərcümə olunmuş nüsxəsi hədiyyə olunacaq.

Zərif cinsin nümayəndələri arasında marağı artırmaq üçün qadın iştirakçılardan rekord sahibi olanı, ACA Greencard ilə təltif olunacaqdır. ACA Greencard ölkənin qadın rekordçusuna Azərbaycan Kub Assosiasiyasının 2017`ci ildə keçiriləcək kub yarışları və oyun festivallarında ödənişsiz iştirak haqqı qazandıracaq. Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: