MədəniyyətTeatrTəqdimat

Rus Dram Teatrı sentyabr repertuarını açıqlayıb

S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı 97-ci mövsümün ilk ayının repertuarını açıqlayıb.

Frame.az teatrın repertuarını təqdim edir:

16 sentyabr – Premyera;

17 sentyabr – “Sanset bulvarı”;

22 sentyabr – “Hekayəti Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadukuni-məşhur”;

23 sentyabr – “Şəhrizadın daha bir gecəsi”;

24 sentyabr – “Senyor Todero-xuliqan”;

29 sentyabr – “Artistin taleyi”;

30 sentyabr – “Afina axşamları”.

Uşaqlar üçün:

16 sentyabr – “Gəlin, nağıla baxaq”;

17 sentyabr – “Nağılı tap–5”;

23 sentyabr – “Çar Saltan, knyaz Qvidon və Qu quşu şahzadəsi haqqında nağıl”;

24 sentyabr – “Nağılı tap–1”;

30 sentyabr – “Durnabalığının buyruğu ilə”.

Qeyd edək ki, sentyabrın 16-da premyerası olacaq tamaşanın adı bir qədər sonra açıqlanacaq. Teatrda böyüklər üçün tamaşalar saat 19:00-da, uşaqlar üçün tamaşalar isə saat 12:00-da başlanır.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!