Rus Dram Teatrında möhtəşəm şou təşkil olunacaq

Martın 10-dan 17-dək Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında uşaqlar tərəfindən çox sevilən “L.O.L- 2” şousunun yeni yaz mövsümünün premyerası olacaq.

Teatrdan Frame.az-a bildirilib ki, əfsanə ilə reallıq arasındakı sərhədləri pozan fantastik hekayə gənc tamaşaçıları yenidən təəccübləndirəcək. Balaca tamaşaçıları maraqlı sürprizlər, aktyor oyunu, orijinal və parlaq rəqs nömrələri, teatral effektlər, heyrətamiz işıq tərtibatı, eksklüziv detallaşdırılmış kostyumlar, dekorasiyalar və möhtəşəm süjetlərlə dolu bir hekayə gözləyir.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: