Baku Shopping FestivalMusiqi

Rus müğənni Bakıda geyimi ilə tamaşaçıları heyrətləndirdi – fotolar

Xəbər verdiyimiz kimi, rusiyalı müğənni Vera Brejneva ötən gün paytaxtımızın qonağı olub.

Frame.az-ın məlumatına görə, ifaçı Bakı Şoppinq Festivalı çərçivəsində Heydər Əliyev Sarayında konsert verib.

Vera gecədə ifaları, rəqsləri ilə yanaşı tamaşaçılarla maraqlı söhbətləriylə də yadda qalıb.

Brejneva bildirib ki, Bakıda böyük konsert salonunda çıxış etməyi çoxdan arzulayır:

“Müxtəlif tədbirlərdə, dəvətlərdə çıxışlarım olub. Hər zaman Bakıda böyük salonda konsert verməyi arzulayırdım. Bu gün arzuma çatdım. Sizlərə sevgi və xoşbəxtliyimi gətirdim. Bakı məni günəşli və mülayim hava ilə qarşıladı”.

Vera gecədə 6 dəfə libas dəyişib.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!