Rusiya Çempionatı 4-cü tur

Anji – Rostov 0:1

Ufa – Akmat 3:2

Dinamo Moskva – Amkar 3:0

Zenit – Spartak Moskva 5:1

Arsenal Tula – Tosno 1:2

Lokomotiv – Ska Xabarovsk 1:0

Çska – Rubin 1:2

Krasnodar – Ural 1:1

Turun açılış matçında Anji öz meydanında Rostov komandasını qəbul edib. Dyadyun’un 19-cu dəqiqəsində vurduğu qol matçda yeganə olub. Bu qələbə sayəsində Rostov komandası turnir cədvəlində 6-cı pilləyə yüksəlib.

Dinamo Moskva öz meydanında çətinlik çəkmədən Amkar’a qalib gəlib 3:0.

Krasnodar – Ural matçı bərabərə bitib 1:1. Üç tura maksimum xal qazanan paytaxtın Lokomotiv koamndası bu turda da qələbə qazanıb.

Çempionatın favoritlərindən biri hesab olunan Çska komandası gözlənilmədən öz meydanında Rubin’ə 1:2 hesabı ilə məğlub olub.

Turun mərkəzi qarşılaşmasında Zenit və Spartak Moskva komandaları üz-üzə gəlib. 5:1 hesabıyla qələbə qazanan Roberto Mançini’nin yetirmələri turnir cədvəlində ilk pilləyə yüksəlib.

PƏRVİN BAYRAMOV

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: