Sərgi

Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində Stalinqrad döyüşünə həsr edilən sərgi keçirilib

Bakıdakı Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində (RİMM) Stalinqrad döyüşünün 75 illiyinə həsr edilən sərgi açılıb.

Frame.az RİMM-in saytına istinadla xəbər verir ki, açılış mərasimində çıxış edən “Rossostrudniçestvo” agentliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Valentin Denisov Stalinqrad döyüşündə sovet xalqının xidmətindən danışıb, faşizm üzərində qələbəyə Rusiya və Azərbaycan xalqlarının töhfəsini vurğulayıb.

Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.

Sərgidə Stalinqrad müdafiəçilərinin nadir fotoşəkilləri yer alıb.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!