Rusiyada Vivaldianno şousu göstəriləcək

Sentyabrın 28-də Moskvada “Crosus City Hall”da klassik və müasir incəsənətin vəhdətini təcəssüm edən “Vivaldianno. Güzgülər şəhəri” 3D konsert proqramı keçiriləcək.

Frame.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə şounun müəllifi və prodüseri, çexiyalı pianoçu və bəstəkar Mixail Dvorak məlumat verib.

Dvorakın bildirdiyinə görə, şou proqram artıq 2 ildir ki, Avropa ölkələrində uğurla səhnələşdirilir. Əsas məqsəd Vivaldinin klassik əsərlərinin rəqs və 3D şousu vasitəsilə gənc kütlələrə çatdırılmasıdır.

Layihə müəllifi Antonio Vivaldini bütün zamanların ən pozitiv bəstəkarlarında biri sayır. Vivaldianno layihəsi 11 illik yaradıcılıq zəhmətinin bəhrəsidir. Layihədə çexiyalı skripkaçı Roman Patoçka, və viola ifaçıları Terezi Kovalova ilə Martina Baçova iştirak edirlər. 3D proyeksiya və animasiyaların müəllifi isə yaponiyalı rəssam Kosuke Siqomotodur.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: