SəyahətTurizmTəqdimatƏn Son

Rusiyanın 3 böyük şəhərində Azərbaycanın turizm potensialı təbliğ olunacaq

27-29 avqustda Azərbaycan Turizm Bürosu Rusiya Federasiyasının Yekaterinburq, Moskva və Kazan şəhərlərində silsilə təqdimatlar keçirəcək.

Tədbirdə 3-ü hotel olmaqla, Azərbaycandan 10, Rusiyadan 100-ə yaxın turizm şirkəti iştirak edəcək.

Müxtəlif turizm istiqamətləri üzrə ixtisaslaşmış təşkilatlar arasında B2B (Biznesdən-biznesə) xarakterli görüşlər baş tutacaq.

Görüşlər zamanı əməkdaşlıq imkanları müzakirə olunacaq və gələcək tərəfdaşlıq üçün qarşılıqlı fikir mübadiləsi aparılacaq.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!