EventsTəqdimat

Rusiyanın Novqorod və Staraya Russa şəhərinin mitropoliti ilə görüş keçirilib

14 mart 2017-ci il tarixində Azərbaycan Xalça Muzeyində Rusiyanın Novqorod və Staraya Russa şəhərinin mitropoliti Lev tərəfindən rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə Novqorodun Birləşmiş Muzey-Qoruğunun direktoru Natalya Qriqoryeva, siyasi elmlər doktoru, Dünya siyasəti kafedrasının professoru, Sankt-Peterburq Dövlət Universitetinin Beynəlxalq münasibətlər üzrə elmi komissiyanın sədri Olqa Çerpiçkaya, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, Bakı Yeparxiya idarəsinin katibi, Bakı yeparxiyası tabeliyində olan Mixail Arxangel kilsəsinin protoyereyi Mefodi Edendiyev, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət müəssisələri və xalq yaradıcılığı şöbəsini müdiri Fikrət Babayev, Nazirliyin muzey işi və mədəniyyət sərvətlərinə nəzarət sektorunun müdiri Azadə Hüseynova, Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova, Azərbaycan Milli Tarixi Muzeyinin direktor muavini Məhfuzə Zeynalova, Muzey Mərkəzinin direktoru Liana Vəzirova və Qafqaz Müsəlmanları İdarəsinin Mədəniyyət işləri üzrə sədr müavini, xalçaçı-rəssam Eldar Mikayılzadə iştirak ediblər.

Görüş zamanı muzeylərin fəaliyyəti, “Yeni muzey” – zamanın tələblərinə uyğun müasir muzey standartları, muzeyin dövlət, sahibkar və fərdi şəxslərlə əməkdaşlıq, multimediya texnologiyalarının muzeylərdə tətbiq olunması və onların gənc nəslə təsiri məsələləri, gənc nəslin muzeylə əlaqəsi, Novqorod Muzey-Qoruğunun Bakı muzeyləri ilə əməkdaşlıq sahəsində sazişin imzalanması haqqında müzakirələr aparılıb.

Görüşdən sonra qonaqlar Azərbaycan Xalça Muzeyinin ekspozisiyası və zərgərlik fondu ilə tanış olublar. Muzeyin direktoru Şirin Məlikova qonaqlara Azərbaycan xalçaçılıq sənəti barəsində ətraflı məlumat verib. Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!