CinemaEventsTəqdimatƏyləncə

Rusların “CinemaPlus”da inanılmaz sərgüzəştləri

Premium kinoteatr “CinemaPlus Amburan Mall”da, açıq havada Aleksandr Sekalonun rəhbərliyi altında rus komediya filmi olan “Kilimandjara”nın qapalı nümayişi keçirilib.

Filmin çəkilişləri Bakının görkəmli yerlərinin və Azərbaycanın gözəl mənzərələrinin fonunda aparılmışdır. “Kilimandjara” filminin ideyası məşhur şoumenlər Tahir və Cabir İmanovlarda (“Planet Parni iz Baku”) yaranıb. Lakin onların layihədə işitrakı bununla məhdudlaşmayıb. Azərbaycan tərəfindən produser olaraq İmanovlar, Fərid Əlizadə və filmin baş produseri, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə birgə rusiyalı kinematoqrafçılara öz ölkələrinin mühitinə daxil olmağa, milli mədəniyyət və mentaliteti yaxından görməyə kömək etmişdilər.

Həmin gecənin qonaqları azərbaycanlı ulduzlar, sahibkarlar, iri təşkilat rəhbərləri, aktyorlar, ifaçılar, aparıcılar, rejissorlar, produserlər, bloqqerlər, bomond və KİV nümayəndələri olmuşdular.

Kinoteatrda həmçinin musiqi müşaiyəti altında bayram mühiti qurulmuşdur. Bütün gecəni DJ dinamik musiqi ilə insanları əyləndirirdi. Bundan başqa furşet masası, alkoqollu və alkoqolsuz içkilər təşkil olunmuşdur.

Tədbirin təşkilində dəstək olmuşdular: “Cinemazadeh” dublyaj studiyası, Cinema Distribution, “Maya” meksikan restoranı, “El Portalon” ispan restoranı, Red Bull, “Banketnaya” araqları, “Gala” şərabları, TNT kuryer xidməti və “Baltika-Bakı” pivəbişirmə zavodu.

Qısaca film haqqında: Sənin toyuna bəy gəlməyəndə bir şey qalır – onu axtarıb tapmaq. Məhz gözəl Marusya belə də edir. O bəyin doğma ölkəsi Azərbaycana sevgilisini tapmaq üçün yola düşür. Yaxşı ki, yanında mehriban dostlar komandası var, və ya elə də mehriban və heç də dost olmayanlar.  Bakıda belə sərgüzəştləri Marusyanın komandasından heç kim gözləmirdi, elə şəhər sakinləri özləridə.

Filmin rejissoru Yekaterina Teleginadır. Baş rollarda Pavel Priluçniy, Maksim Vitorqan, Timofey Tribuntsev və İrina Starşenbaum.

Həmçinin qeyd edək ki, bir çox kino həvəskarları üçün “CinemaPlus Amburan Mall” 24 saat işləyəcək.

“CinemaPlus” kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino tarixində olan ən yaxşı premyeralar ilə sevindirməyə hazırdır.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!