“Səbail” heyətini yeni futbolçu ilə gücləndirib

Bakının “Səbail” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Frame.az kluba istinadla xəbər verir ki, paytaxt təmsilçisi Elgün Nəbiyevin keçidini həll edib. İyirmi dörd yaşlı yarımmüdafiəçi ilə gələn mövsümün sonunadək müqavilə imzalanıb.

Futbolçu son olaraq “Sabah” klubunda çıxış edib.

Qeyd edək ki, bu, “Səbail”in yay fasiləsində üçüncü transferidir. Paytaxt təmsilçisi daha əvvəl Məqsəd İsayev və Florian Kadriu ilə müqavilə bağlayıb.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: