Səhər yeməyi nə qədər vacibdir ?

Səhər yeməyi insanı gün ərzində ona lazım olan enerji ilə təmin edir.
Həkimlər sübut edir ki, səhər yeməyi insanın iş qabiliyyətinin 30% artırır. Səhər yeməyi üçün ən uyğun vaxt – səhər saat 9-10 radələrində. Çalışın səhər yeməyindən 1 saat tez oyanasınız (iştaha daha gec “oyanır”). İştahanı “oyatmaq” üçün səhər yüngül gimnastika edin.

Səhər yeməyi diqqəti və yaddaşı yaxşılaşdırır.

Səhər yeməyi insana informasiyanı daha yaxşı qəbul etməyə və yadda saxlamağa kömək edir.
Dietoloqların fikirinə görə, səhər yeməyi gündəlik qida rasionunun 25%-ni təşkil etməlidir (nahar – 40-50%, şam yeməyi – 25%).

Səhər yeməyi arıqlamağa kömək edir.
İngiltərə dietoloqların fikirinə görə, səhər və axşam sıyıq yeyən insan 1 ay ərzində 2 kq arıqlaya bilər.

Səhər yeməyi insanın mədə-bağırsaq sistemini xəstəliklərdən qoruyur.
Düzgün səhər yeməyi insanı bir çox mədə-bağırsaq sistemi pozulmalar və xəstəliklərdən qoruya bilər.
İlk növbədə bu qastrit və qəbizliyə aiddir. Səhər 1 stəkan təmiz su, 30 dəqiqə sonra isə sıyıq (xüsusilə yulaf yarması sıyığı) yeyən insan qəbizlikdən azad ola bilər.

Səhər yeməyi gün ərzində aclığı tənzimləyir.

Amerika mütəxəssisləri araşdırmalar nəticəsində belə qərara gəldilər ki, səhər yeməyi zamanı yumurta yeyən insan gün ərzində daha az acır və nəticədə daha az yeyir. Mütəxəssislərin fikirinə görə, yumurta bütün digər səhər yeməkləri ilə müqayisədə insanı ən yaxşı doydurur və gün ərzində qəbul edilən kaloriləriləri azaldır. Yumurtanı qızardılmış şəkildə deyil, bişmiş şəkildə yemək daha faydalıdır.

Həmçinin, həkimlərin fikirinə görə, səhər yeməyi üçün müxtəlif sıyıqlar (qarabaşaq, düyü, yulaf yarması və s.) uyğundur. Sıyıqlar insanı uzun müddət ərzində tox saxlayır. Kiçik salat porsiyası, 1 tikə bişmiş ət və ya toyuq da səhər yeməyi üçün çox yaxşı seçimdir.
1 fincan çay və qəhvə içib evdən çıxan insanlara həkimlər xəbərdarlıq edir. Bu içkilər mədənin selikli qişasını qıcıqlandırır və bu da vaxt keçdikcə qastritin inkişafına səbəb ola bilər.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: