FutbolIdman

Şəhidlərin xatirəsinə həsr edilən Futzal çempionatının püşkatması keçirilib

Artıq 5 ildir Şəhidlərin xatirəsinə həsr edilən bu turnir ənənə halını almaqdadır.

Birinci il 12, ikinci il 20, üçüncü il 24 və nəhayət keçən il 30 komandanın qatıldığı turnir hər zaman möhtəşəmliyi ilə yadda qalıb. Bu turnirə həvəskar futzalçılarla yanaşı futzal millisinin oyunçuları da qatılmaqla turnirə əlavə rəng qatır.

Oyunlarda vətənpərlik ruhu aşılanır, bütün oyunlar Şəhidlərimizin xatirəsinə hörmət əlaməti olaraq bir dəqiqəlik sükutla başlayır.

Sentyabr ayının 15-də Zabrat kəndində çempionatın püşkatma mərasimi keçirilib.

Komandalar 4 qrupda mübarizə aparacaqlar.

Çempionatın açılış mərasimi sentyabrın 23-ü saat 20:00 da Balaxanı İdman Zalında təşkil olunacaq. Həmin gün Zabrat ST – Binə oyunu ilə turnirə start veriləcək.

Çempionatın təşkilatçısı Rəsmi Necatidir.

Çempionatda iştirak edəcək komandalar.
A Qrupu:
1. Favorit 2. 313 FK 3. Cənub 4. II Mədən 5. Abşeron 6. Röyal Qrup

B Qrupu:
1. Zabrat ST 2. Binə 3. Qarabağ 4. Məğlubedilməzlər 5 Olimpik

C Qrupu:
1. Zülfüqar 2 Bravo 3 Qalaksi 4 Cüdo Klubu 5 Tornado

D Qrupu:
1. Balaxanı 2 Kosmos 3 Borçalı Cəmiyyəti 4 İslam 5 Okean

Çempionatda yarışacaq hər bir komandaya uğurlar arzu edirik.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!