FutbolIdman

Şəhidlərin xatirəsinə həsr edilən turnirin 1-ci turuna yekun vurulub

Şəhidlərin xatirəsinə həsr olunan futzal turnirinin ilk turuna yekun vurulub. Balaxanı İdman Zalında keçirilən oyunlar çox maraqlı və gərgin mübarizə şəraitində keçib. A qrupunun favoritlərindən hesab olunan “Abşeron” komandası “313 FK” komandasına 13:4 hesabı ilə qalib gəlib. Favorit – Cənub matçında “Favorit” qələbə qazanıb 10:3. Röyal Qrup – II Mədən oyununda 9 qol vurulub. 2:7 hesabı ilə qalib gələn “II Mədən” komandası qalib gələn tərəf olub. b qrupunun ilk matçında “Zabrat ST” və “Binə” komandaları üz-üzə gəlib. Bu görüş məhsuldar heç-heçə ilə başa çatıb 3:3. Qrupun digər oyununda “Olimpik” komandası Məğlubedilməzlər’ə 4:7 hesabı ilə məğlub olub. Turnirin favoritlərindən hesab olunan “Qalaksi” komandası C qrupunda ilk oyununa çıxıb. “Balaxanı Cüdo Klub” komandası ilə qarşılaşan “Qalaksi” rəqibini ağır məğlubiyyətə uğradıb 16:4. Qrupun digər matçında “Zülfüqar” komandası Bravo’dan güclü olub 7:4. D qrupunun matçları olduqca gərgin məcrəda keçib. İslam – Borçalı Cəmiyyəti oyununda qalib müəyyən olunmayıb. Görüş 6:6 hesabı ilə heç-heçə başa çatıb. Kosmos – Okean görüşü 7:8 hesabı ilə “Okean” komandasının qalibiyyəti ilə sonuclanıb.

Frame.az

PƏRVİN BAYRAMOV

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!