“SƏHİYYƏDƏ MÜASİR NAİLİYYƏTLƏR” MÖVZUSUNDA KONFRANS KEÇİRİLİB

Respublika Müalicəvi Diaqnostika Mərkəzində görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 95 illiyinə həsr olunmuş konfransda baş həkimi Könül XƏLİLOVA qeyd edib ki, son illərdə dünya standartlarına uyğun inkişaf yolunu tutmuş Azərbaycan səhiyyəsinin nüfuzu nəzərəçarpacaq dərəcədə artmışdır. Bu gün ölkəmizdə əvvəllər əlacı olmayan bir sıra xəstəliklərin müalicə edilməsi, unikal və mürəkkəb əməliyyatların icrası, yeni metodların tətbiqi əhalinin sağlamlığının qorunması istiqamətində əsaslı inkişafa təkan vermişdir.

Tədbirdə eyni zamanda Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin və Azərbaycan Tibb Universitetinin aparıcı mütəxəssisləri, Respublika Müalicəvi Diaqnostika Mərkəzinin Oftalmologiya şöbəsinin müdiri Xəlil HÜSEYNOV, Diaqnostik və İnvaziv Radioloq və Endovaskulyar Cərrahı, prof. Ahmet MEMİŞ, VitreoRetinal Göz cərrahı, t.ü.e.d. Tural QƏLBİNUR, Cərrah-uroloq, transplantoloq, t.ü.f.d. Rəşad ŞOLAN, Mama-ginekoloq, t.e.n. Aleksandr BARSUKOV, Ümumi cərrah İlqar İSMAYILOV, Döş qəfəsi cərrahı Elmar MƏMMƏDOV, pediatrik kardioloq Mədinə YÜZBAŞOVA, Neyrocərrah Azər ƏKBƏROV, Endokrinoloq Xəyyam EYVAZOV, Ginekoloq-endokrinoloq Pərvin NƏBİYEVA, Nefroloq Orxan QULİYEV, Travmatoloq-ortoped, t.e.n. Altay CƏFƏROV, Fizioterapevt-reabilitoloq Pərvin ƏKBƏROV, Şüa diaqnostikası üzrə həkim (kardiovaskulyar radiologiya üzrə mütəxəssis) Leyla MUSAYEVA və digər mütəxəssislər çıxış ediblər.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: