Şəkərli diabet ilə mübarizə mövzusunda yazan jurnalistlər mükafatlandırılacaq

Hörmətli, media nümayəndələri!

Xəbər verildiyi kimi,  “Azerbaijan Changing DiabetesTM Awards 2018” adlı layihə çərçivəsində yaradılmış  müşavirə şurasının ekspertləri  ölkədə şəkərli diabetlə mübarizə sahəsində fəaliyyət göstərən, bu istiqamətdə müxtəlif təşəbbüslərin müəllifi olan, şəkərli diabetlə mübarizədə innovativ yanaşmaların tətbiqi ilə fərqlənən, eləcə də maarifləndirmə işləri aparan insanların mükafatlandırılmasına qərar verib.  

Müşavirə şurasının ekspertlərinin qərarı ilə “Azerbaijan Changing DiabetesTM Awards 2018” layihəsi çərçivəsində 4 nominasiya üzrə mükafatların təqdim olunacaq ki, bunlardan biri də İlin Ən Yaxşı Jurnalisti nominasiyasıdır. 

Bu nominasiyada şəkərli diabet ilə mübarizəyə dair məqalə müəllifləri, eləcə də diabet problemlərinin obyektiv işıqlandırılması və həlli yolunda fəallıq göstərən jurnalistlərə üstünlük veriləcək.

 Müraciətlər 2018-ci ilin sentyabr ayının 13-dən 5 oktyabra qədər acda2018@novonordisk.com   ünvanına qəbul ediləcək. Ötən il mükafatlandırılan iştirakçılar 2018-ci ilin müsabiqəsində iştirak edə bilməzlər.

 Sizi  aktiv olmağa və bu müsabiqədə iştirak etməyə çağırırıq.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: