EventsIqtisadiyyatMobil dünyaTəhsilTəqdimat

Şəki “ASAN Həyat” kompleksində “INNOLAND AREA” mərkəzinin açılış tədbiri keçirilib

3 sentyabr 2021-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi” və AREA – Azərbaycan Robototexnika Mühəndisliyi Akademiyasının təşəbbüsü ilə Şəki “ASAN Həyat” kompleksində “INNOLAND AREA” mərkəzinin açılış tədbiri keçirilib.
“INNOLAND AREA” mərkəzinin yaradılmasında məqsəd regionlarda startapların inkişafını təmin edəcək ekosistemin formalaşmasını dəstəkləmək və regional potensialı artırmaq istiqamətində əlverişli şəraiti gücləndirməkdir. O cümlədən regionlarda yaşayan 4-19 yaş arası uşaq və gənclərin inkişafı üçün mühəndislik və robototexnika sahəsində dərnəklər və təlimlər təşkil etmək və onları sahibkarlıq, biznes, innovasiya, startap, layihə idarəetməsi və s. kimi fərqli sahələrdə məlumatlandırmaq və maarifləndirmək əsas hədəflərdəndir.
Tədbir çərçivəsində “İnnovasiyalar Mərkəzi” və AREA – Azərbaycan Robototexnika Mühəndisliyi Akademiyası arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!