FestivallarMədəniyyət

Şəkidə “Avropa şəhərciyi” layihəsi başa çatıb

“Avropa Avtobus Turu” layihəsi çərçivəsində Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə reallaşan “Avropa şəhərciyi”nin açılışına həsr olunan silsilə tədbirlərə sentyabrın 23-də axşam saatlarında şəhərin mərkəzi meydanında təşkil olunan konsert proqramı ilə yekun vurulub.

Frame.az xəbər verir ki, konsertdən əvvəl Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov və Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas çıxış edərək, Azərbaycanla Avropa İttifaqına üzv ölkələr arasında əlaqələrin bütün sahələrdə uğurla davam etdirildiyini bildirib, layihə çərçivəsində Şəkidə keçirilən silsilə tədbirləri şəhərin istər iqtisadi, istərsə də mədəni həyatında çox əlamətdar hadisə kimi dəyərləndiriblər.

Tədbirdə iştirak edən səfirlər yüksək qonaqpərvərliyə görə Şəki rəhbərliyinə və şəhərin sakinlərinə minnətdarlıqlarını bildiriblər. Vurğulanıb ki, belə tədbirlər ölkələr arasında dostluq əlaqələrinin və münasibətlərin daha da möhkəmlənməsinə xidmət edir.

Konsertdə təqdim olunan Azərbaycan və Avropa ölkələri bəstəkarlarının mahnıları, şən musiqilər tamaşaçıların ürəyincə olub.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!