IqtisadiyyatMədəniyyətTəqdimat

Şəkidə Beynəlxalq Keramika Simpoziumunun açılış mərasimi baş tutub

May ayının 21-i Şəki “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzində “Təbiətdən Tarixə” adlı Keramika üzrə ilk Beynəlxalq Simpoziumun açılış mərasimi baş tutub.

Tədbiri giriş nitqi ilə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov açıb. O, qonaqları salamlayaraq Şəkinin qədim və zəngin tarixi haqqında məlumat verib.

“ABAD” publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev öz çıxışında tədbirin məqsədləri və Azərbaycan keramika ənənələrinin dünyada tanınması üzrə görüləcək işlər haqqında danışıb. Rüfət Elçiyev nitqinin sonunda Simpoziumun iştirakçılarına uğurlar arzu edib.

Bundan sonra “Təbiətdən Tarixə” adlı Keramika üzrə Beynəlxalq Simpoziumun kuratoru Mir Teymur Məmmədov Simpoziumu açıq elan edərək 15 ölkədən olan 25 iştirakçını qonaqlara təqdim edib.
Tədbir Şəki şəhəri uşaq incəsənət məktəbinin rəqs qrupunun çıxışları ilə davamedib.
Qeyd edək ki, “Təbiətdən Tarixə” adlı Keramika üzrə Beynəlxalq Simpozium iyun ayının 2-dək davam edəcək. İki həftə ərzində iştirakçı-keramistlər Şəki “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzində açıq səma altında heykəltaraşlıq kompozisiyaları yaradacaqlar.

Frame.az

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!