Sərin şokoladlı desert

Şokoladı hamımız sevirik!
İsti yay günlərində isə sərin şokoladlı desert tam yerinə düşür.

Tərkibi:
– 2 su stəkanı süd
– yarım su stəkanı şəkər
– 2 xörək qaşığı un
– 3 xörək qaşığı kakao
– 1 ədəd yumurta sarısı
– 1 paket vanil
– döyülmüş fındıq
– 2 ədəd çiyələk

Hazırlanması:
Əvvəlcə südü qazana qoyuruq.Sonra şəkəri əlavə edirik.Ardından 1 ədəd yumurta sarısını əlavə edirik.Unu, kakaonu, vanili əlavə etdikdən sonra qarışdırırıq.Yaxşıca qatılaşana qədər qaynamasını gözləyirik. Qarışığı kup formada olan desert qabına qoyun.2-3 saat soyuducuda soyudun.Üzərini fındıq krem və ilə çiyələk bəzəyə bilərsiniz.

Nuş olsun!

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: