Bizim AşpazLəzzətli Bölüm

Sərinləşdirici sitrus çayı

İsti yay günlərinin əvəzedilməzlərindən biri də evdə hazırlanmış soyuq sitrus çayıdır.

İnqrediyentlər (6-8 nəfər üçün):
– 4-6 x.q. quru qara çay
– 275 ml təzə sıxılmış soyuq portağal şirəsi
– 0,5 laymın şirəsi
– 12 budaq təzə nanə
– 0,5 portağal
– 0,5 limon
– 2 x.q. şəkər pudrası
– buz
Hazırlanması:
– 1,2 litr su ilə çay dəmləyin.
– 2 x.q. şəkər pudrası ilə 6 nanə budağı əlavə edin. 15-20 dəqiqə saxladıqdan sonra süzün, tam soyudun.
– Soyumuş çayı buz parçaları ilə doldurulmuş şüşə qrafinə tökün, portağal və laym şirəsi, 6 nanə budağı əlavə edin.
– Portağalla limonu dilimləyib əlavə edin, qarışdırın.

Nuş olsun!

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!