” Şərqi Avropada mədəniyyət müxtəlifliyi 2018. ADAMİ media priz mükafatı” üçün ərizə qəbuluna start verilmişdir

Bu il bu mükafat artıq 3-cü dəfədir ki,öz qaliblərini tapacaq. Müsabiqədə Avropa Birliyinin Şərqi Avropa partnyorluğu layihəsində iştirak edən ölkələrin (Azərbaycan,Belorusiya,Gürcüstan,Ermənistan,Moldova,Ukraina) telekompaniyaları,
prodüser mərkəzləri,jurnalistləri,media nümayəndələri və rejissorları iştirak edə bilərlər.

“ADAMİ MEDİA PRİZE” mükafatı ən yaxşı televiziya proqramları,verilişləri,bədii və sənədli filmlərin ərsəyə gətirilməsində əməyi olanlara veriləcəkdir (İnsanların azad həyatı,etnik mənsubiyyəti,müxtəlif dinlər,adət ənənələr barədə olan proektlərə üstünlük veriləcək).

Beynəlxalq arenada tanınmaq,mədəni münasibətlərin yaranması üçün bu çox gözəl şansdır. 6 nominasiya üzrə pul mükafatları öz sahibini gözləyir. Bundan əlavə rus,ingilis,fransız dilini bilən iştirakçılar üçün Almaniyanın Deutshe Welle (Berlin,Almaniya),MDR(Leypziq,Almaniya),ARTE(Strasbur,Fransa) kanallarında təcrübə
keçmək şansı yaranacaq və “ADAMİ MEDİA PRİZE” tərəfindən maddi tərəfləri qarşılanacaq.
Qəbul
-01/07/2018 tarixi 11/10/2016 və 31/12/2017 tarixləri arasında göstərilən
proektlər üçün
-01/10/2018 tarixi 01/01/2018 və 01/10/2018 tarixləri arasında göstərilən
proektlər üçün
ADAMİ MEDİA PRİZE-6 nominasiya
-Mədəni əyləncəli proqram,tv verilişləri və bədii filmlər
-İnformasiya xarakterli proqram,tv verilişləri və sənədli filmlər

-Xəbərlər proqramı və sənədli qısa filmlər

-Gənc ADAMİ
-Ən yaxşı Veb sayt
-Ən yaxşı onlayn video

Nominantlar və qaliblər 2018 ci ilin oktyabr ayında beynəlxalq tərkibli münsiflər heyəti tərəfindən Minskdə(Belorusiya) açıqlanacaq.

Qaliblər təntənəli surətdə 2018 ci ilin noyabr ayında Kişinyovda(Moldova) mükafatlanacaqlar.
ADAMİ MEDİA PRİZE Almaniyanın xarici işlər nazirliyi və Prokredit Xoldinqi tərəfindən
maliyələşdirilir.
Proektlərinizi gözləyirik.
Adami Media Prize və mədəniyyət müxtəlifliyi
Ünvan: Adami Media Prize Islam Sapharli 28 Az 1005
Kamran Aghabalaev
+994552127650
Media əlaqə office@adamimediaprize.eu
Abunə
registration@adamimediaprize.eu
Veb səhifə
http://www.adamimediaprize.eu/
Əlaqə
+995322984072

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: