IqtisadiyyatMobil dünyaTəqdimat

Sərxan Həşimov “Elcore AG”nin regional ofisinə rəhbər təyin edildi

Sərxan Həşimov İsveçrənin Elcore AG şirkətlər qrupunun Şərqi Avropa və Mərkəzi Asiya üzrə baş meneceri vəzifəsinə təyin edilib.

Yeni rəhbərin əsas vəzifələri sırasında informasiya texnologiyaları bazarının, tərəfdaş ekosistemin inkişafı, önəmli müştəri və tərəfdaşlarla güclü iş əlaqələrinin qurulması və regionda innovativ iqtisadiyyatın inkişafı üçün dövlətlərlə əməkdaşlıq daxil olacaq.

Sərxan Həşimov, daha öncə Microsoftun Azərbaycan nümayəndəliyininbaş direktoru vəzifəsini icra edib. Onun rəhbərliyi dövründə Microsoft bir sıra ölkə əhəmiyyətli nəticələr qazanıb. Azərbaycan hakimiyyəti ilə dövlət sektorunun kompüter və server parkının lisenziyalaşması üzrə müqavilə imzalayıb. Azərbaycan regionda Microsoft şirkəti ilə belə genişmiqyaslı müqavilə bağlayan yeganə ölkədir. Bu layihə başa çatdıqdan sonra Azərbaycan müəllif hüquqlarının qorunması və innovativ inkişaf sahəsində dünya reytinqini əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq.

Bölgədəki uğurlarına görə Sərxan Həşimov 2018-ci ildə Microsoft Qızıl Mükafatına layiq görülmüşdür. Qeyd etmək lazımdır ki, bu, Sərxan Həşimovun əmək fəaliyyətinə görə təltif ediliyi ilk mükafat deyil. O, 2 il ərzində Oracle şirkətinin ən uğurlu işçiləri sırasında olub və SAP şirkətinin 2015-ci iş ilinin nəticələrinə əsasən ən yaxşı işçilər sırasında qeyd olunub.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!