Səyyar ASAN xidmət Bakıda 4 ünvanda

Bakı şəhərində fəaliyyət göstərən “ASAN xidmət” mərkəzlərinə vətəndaş axını nəzərə alınaraq Səyyar ASAN xidmət 5 – 28 avqust Sahil, Biləcəri, Hövsan və Buzovna qəsəbələrində vətəndaşlara səyyar formada xidmət göstərəcək.

Frame.az bildirir ki, səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi və “Azəriqaz” İB tərəfindən təqdim olunur.

Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: