FutbolIdman

“Səbail” klubu Əfran İsmayılov ilə birillik müqavilə imzalayıb

2019/2020-ci il mövsümünün sonunda “Keşlə” klubundan ayrılan Əfran İsmayılovun yeni komandası müəyyənləşib.

“Səbail” futbol klubu millimizin üzvü ilə birillik müqavilə imzalayıb.

Otuz iki yaşlı yarımmüdafiəçi daha əvvəl “Turan”, “Qarabağ”, “Bakı”, “Xəzər Lənkəran”, “İnter” və “Sumqayıt” klublarında da çıxış edib. O, Azərbaycan millisinin heyətində 39 oyun keçirib.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!