EventsMuğamMusiqiMədəniyyət

Səbaildə Beynəlxalq Muğam Mərkəzində Dünya Azərbaycanlılarının Həmrəyliyi günü ilə bağlı tədbir keçirildi

Dənizkənarı Milli Bulvardakı Beynəlxalq Muğam Mərkəzində Səbail rayon İcra Hakimiyyəti, Azərbaycan Televiziya və Radio verlişləri Qapalı Səhmdar Cəmiyyəti və Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və yeni ilə həsr olunmuş ədəbi-musiqili tədbir keçirilmişdir.
Tədbirdə rayon rəhbərliyi, Milli Məclisin deputatları, rayondakı idarə, təşkilat, elm və təhsil müəssisələrinin, gənclər, veteranlarin və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Tədbirin əvvəlində Səbail gənclərinin keçən il dekabr ayının 24-də təşkil etdikləri «İlham Əliyev və Müasir Azərbaycan – gənclərin gözü ilə» mövzusunda dəyirmi masanın yekunlarına uyğun olaraq çap olunmuş «İlham Əliyev və Müasir Azərbaycan – gənclərin gözü ilə» adlı kitabın təqdimatı keçirildi.
Mərasimdə çıxış edən Səbail Rayon İcra Hakimiyətinin başçısı Eldar Əzizov bildirmişdir ki, möhtərəm Prezidentimiz İlham Əliyev dünya siyasətçiləri arasında öz siyasəti və gördüyü işlərlə xüsusi olaraq seçilən dövlət rəhbəridir. Ona görə bu   dahi insanın siyasətini öyrənib təbliğ etmək vacib məsələdir. O, Azərbaycanda misli görünməmiş inkişaf və tərəqqi siyasətini həyata keçirən şəxsiyyətdir. Bu gün Prezident İlham Əliyevin siyasi xətti hazırki mürəkkəb dövrdə yeganə və alternativsiz siyasətdir və Azərbaycanımızın gələcək inkişaf və tərəqqisinə təminat verir. Ona görə də gənclər tərəfindən ölkə başçısının fəaliyyətinin müxtəlif istiqamətlərinə həsr olunan məqalələrinin toplandığı bu kitabın nəşri təqdirəlayiqdir.
Eldar Əzizov arxada qalan 2017-cı ildə rayonda görülmüş işlər, gələcəkdə həyata keçiriləcək layihələr barədə məlumat verərək tədbir iştirakçılarını  – Dünya Azəbaycanlılarının Həmrəyliyi günü və yeni il münasibəti ilə təbrik etmişdir.
Qeyd olundu ki,  31 Dekabr   tarixi Azərbaycan millətinin ümumdünya birlik günüdür. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır və dünyanın 70-dən çox ölkəsində yaşayan azərbaycanlılar tərəfindən qeyd olunur.
1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq, dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etdi. Beləliklə, 31 dekabr tarixi bütün azərbaycanlılar üçün əziz olan Dünya Azərbaycanlılarının həmrəylik günü kimi qeyd edilir.
Ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev  hazırda ulu öndərin bu estafetini də uğurla davam etdirir. Hazırda ölkə başçısının gördüyü işlər, həyata keçirilən siyasət  Azərbaycan həqiqətlərinin bütün dünyaya çatdırılmasında mühüm rol oynayır.
Beynəlxalq Müğam Mərkəzində təşkil olunan konsertdə Azərbaycanın tanınmış incəsənət xadimlərindən xalq artistiləri Murad Hüseynov, Gülyaz Məmmədova, əməkdar artistlər Rəşad İlyasov, Zakir Əliyev populyar müğənnilər Nadir Qafarzadə, Aynur İsgəndərli,  Emiliya Yaqubova, Rövşən Əziz, Ayşən Mehdiyeva, Samir Piriyev, Sərxan Bünyadzadə və başqaları çıxış etmişlər.
Tədbirdə Səbail rayon ictimaiyyətinin nümayəndələri adından ölkəmizin Prezidenti cənab İlham Əliyev doğum günü münasibəti ilə təbrik edilmiş, ona möhkəm can sağlığı, xöşbəxtlik, Azərbaycanımızın tərəqqisi və  inkişafı, xoşbəxt gələcəyi naminə göstərdiyi möhtəşəm fəaliyyətində müvəffəqiyyətlər arzulanmışdır.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!