TurizmTəqdimatƏn Son

Şəki Xan Sarayı qarşısında baş verən hadisə ilə bağlı ilkin AÇIQLAMA

Bu gün saat 12:00 radələrində Şəki Xan Sarayının qarşısında çinar ağacının budağı yerə düşərək insanlara xəsarət yetirib.

Xəsarət alanlar arasında həm yerli, həm də xarici vətəndaşlar var.

İlkin məlumata görə hadisə ilə bağlı 19 nəfər Şəki Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Onlardan ikisi xəstəxanaya yerləşdirilib, digər 17 nəfərin müəyyən hissəsinə ilkin tibbi yardım göstərilib, bir qisminin müalicəsi hazırda davam edir. Paytaxtdan xəstəxanaya yerləşdirilən 2 şəxsə görə yüksək ixtisaslı mütəxəsislər çağırılıb.

Hadisə yerində hüquq-mühafizə orqanları araşdırma aparır. Hadisə baş verən andan Dövlət Turizm Agentliyinin rəhbərliyi Şəkiyə doğru yola çıxıb.

Cəmiyyəti daha dəqiq məlumatlandırmaq məqsədilə az sonra hüquq-mühafizə orqanları ilə birgə ətraflı bəyanatın yayımlanması planlaşdırılır.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!