EventsIqtisadiyyatMobil dünyaTəqdimat

Sənaye müəssisəsi Kasperky həlli sayəsində 1.7 milyon ABŞ dollarına qənaət edib

400 yarımstansiyadan ibarət bir şəbəkəyə sahib olan elektrik tədarükçüsü, Kaspersky Industrial CyberSecurity for Networks (KICS for Networks) həllindən istifadə sayəsində ildə 1,7 milyon ABŞ dollarına qənaət edib. Üç il ərzində investisya gəliri 135% olub. Bundan əlavə, KICS for Networks həlli tətbiq olunduğu andan etibarən müəssisədə heç bir kiber insident baş verməyib.

Bu Forrester Consulting şirkətinin Kaspersky-nin sifarişi ilə apardığı araşdırmanın nəticəsidir. Mütəxəssislər texnologiyanın istifadə edildiyi üç il ərzindəki məlumatları təhlil ediblər. Onlar məlumat sızması və avadanlıq zədələnməsi risklərinin nə qədər azaldığını, eyni zamanda aktivlərin idarə edilməsi proseslərinin nə qədər yaxşılaşdığını hesablayıb və bu məbləği işçilər üçün lisenziyaların və təlimlərin ümumi dəyəri ilə müqayisə ediblər. ForresterConsulting mütəxəssisləri kiberhücumların səbəb ola biləcəyi zərərin 2,9 milyon ABŞ dolları, lisenziyaların və təlimlərin dəyərinin isə 1,2 milyon ABŞ dolları olduğu qənaətinə gəliblər.

“Pandemiya təşkilatları çətin seçimlər və büdcə kəsintiləri ilə qarşı-qarşıya qoyub. Forresterin araşdırması çox zamanında aparılan bir araşdırmadır. Bu, təhlükəsizlik həllərinə investisiyalardan imtinanın müəssisəyə etibarlı bir kiber təhlükəsizlik sistemi qurmaq üçün ayrılacaq böyük investisiyalardan daha baha başa gələ biləcəyini göstərir,” deyə Kaspersky-nin biznes inkişafı direktoru Aleksandr Moiseyev bildirib. “Müşahidələrimizə görə, kiber təhdidlər daha da mürəkkəbləşir və ciddi nəticələrə səbəb ola bilərlər. Amerikan Colonial Pipeline boru xətti kiber hücumlar nəticəsində altı gün fəaliyyətsiz qaldı Bu hadisə, kritik infrastruktura hücumların potensial təsirininin miqyasınınümayiş etdirir. Sənaye müəssisələri ciddi qoruma tədbirləri görməlidirlər”.

KICS forNetworkshəlli OT trafik monitorinqi sayəsində icazəsiz fəaliyyətləri müəyyən etməyə kömək edir, eyni zamanda cihazdakı zəifliklər barədə bildirişlər göndərir və təcavüzkar istismarından qorunmaq barədə tövsiyyələr verir. Bununla belə, o, biznesin və həyati vacib proseslərin davamlılığına təsir etmir.

Forrester şirkətinin “Kaspersky Industrial CyberSecurity for Networks həllinin ümumi iqtisadi təsiri” adlı araşdırmasının tam mətni və kiber təhlükəsizliyə investisiyaların gəlirliliyi göstəriciləri ilə burada tanış ola bilərsiniz: https://go.kaspersky.com/kics-forrester.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!