Faydamız OlsunMəsləhətƏn Son

Sərinlənmək üçün soyuq su içməyin!

İsti havada insanların əksəriyyəti sərinlənmək üçün soyuq su, müxtəlif içkilər içir.

Lakin bu, heç də sərinlənməyə kömək etmir. Əksinə. Orqanizmə düşən soyuq su əvvəl orqanizm tərəfindən “qızdırılır” ki, nəticədə insana daha da isti olur.

Frame.az saglamolun.az-a istinadən bildirir ki, soyuq su damarların spazmına səbəb olur. Bunun nəticəsində orqanizmdə istinin mübadiləsi pozulur – orqanizm istini ətraf mühitə verə bilmir.

Damarların spazmı çox təhlükəli haldır. Ürək xəstəliklərindən əziyyət çəkənlərdə bu, ürək tutmasına və hətta infarkta səbəb ola bilər.

Yay aylarında boğaz iltihabları və angina halları artır. Bu da məhz soyuq içkilərin qəbulu ilə bağlıdır.

Suyu sərin halda için (təxminən 25 C). Bu, həm sərinlənməyə kömək edəcək, həm də sağlamlığa ziyan vurmayacaq.

Şərq ölkələrində isti havada isti çay içmək adəti var. Bu, çox gözəl adətdir. İsti çay damarları genişləndirir, insanı tərlədir. Tərləmə isə orqanizmin soyumasına kömək edir.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!