MaraqlıTəqdimat

Səyahətdən Əvvəl Qiyməti Öyrən!

Bugündən etibarən, Bakıdakı Uber istifadəçiləri səyahət etməzdən əvvəl gediş haqqını dəqiqliyi ilə görə biləcəklər. Getmək istədiyin ünvanı daxil et və proqram gediş haqqını avtomatik hesablayaraq təqdim edəcək.


Gediş haqqı əvvəlki qayda ilə hesablanılır:

– stabil xidmət haqqı;

– səfərə sərf edilən zaman;

– məsafə: km ilə;

– əmsal (əgər aiddirsə).

 


Stabil xidmət haqqı, səyahətə sərf edilən zaman və km əvvəlki qayda ilə hesablanılır və sadəcə seçilən xidmət növündən (UberX və ya SELECT) aslı olaraq dəyişir.


Əgər yüksək tələb səbəbilə əmsal mövcuddursa, hesablama zamanı o da avtomatik nəzərə alınacaq. Bu haqda bildiriş mesajı göstəriləcək.

Gediş haqqı əvvəlcədən göstərilən məbləğdən fərqli ola bilərmi?

-Əlavə dayanacaq və ya ünvan dəyişdirilməsi zamanı qiymət fərqli ola bilər və sistem ona uyğun olaraq sizdən yeni gediş haqqını çıxa bilər.

Əgər hesabınızda promo kod mövcuddursa, siz gediş haqqının promo dəyərində azaldığını görəcəksiniz. Bu gediş sonrası hesab məlumatınızda əks olunacaq. Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!