“Sabahın ulduzları” adlı tədbir keçirilib

1 iyun 1950-ci il tarixində BMT –nin Baş Assambleyası tərəfindən “1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü” kimi  qeyd olunması qərara alındı.

Qərar “Qadınların Beynəlxalq Konfransı”nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı müzakirədən sonra öz təsdiqini tapdı.  Beləliklə, dünyanın əksər ölkələrində  “1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü”  qeyd edilir.

Bir çox beynəlxalq konvensiyalara qoşularaq fəal  iştirak edən Azərbaycan da  “1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü” geniş şəkildə qeyd edir.

Azərbaycan  Xalça  Muzeyi hər il olduğu kimi bu ildə öz ənənəsinə sadiq qalaraq, uşaqları diqqətdən kənar qoymayıb onlar üçün geniş bayram tədbiri təşkil edib.

1 İyun  2017- ci il tarixində saat 16:00-da Muzeyin qarşısında  onların böyük sevincinə səbəb olan “Sabahın ulduzları” adlı bayram tədbirini keçirildi. Müxtəlif proqramlarlar çərçivəsində qeyd olunacaq  bayramda  muzeyin  Uşaq  Muzeyi şöbəsinin  dərnək üzvlərinin “Sabahın ulduzları” rəsm sərgisi nümayiş olundu,  həmçinin “Sən istedadsan”  layihəsinin iştirakçısı olan  Aydan İlxaslı musiqi nömrəsi ilə çıxış etdi. Tədbirin bədii hissəsində Respublika Uşaq Yaradıcılıq Mərkəzi  Təbəssüm rəqs qrupunun çıxışları, vokal musiqi kompoziyaları və şən klounlar, nağıl qəhrəmanları ilə viktorinalar keçirildi.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: