GözəllikMəsləhət

Saç rənginizi təbii yolla açın

Müasir zamanımızda xanımlar saçlarını sarı rəngə boyamağa üstünlük verirlər. Sarı saçları əldə etmək etmək üçün ilk öncə onların rəngini açmaq və sonra boyamaq lazım gəlir. Saç rəngini açdıran xanımlar bilir ki, bəzən saç rəngini açdırmaq istənilən effekti verməyə bilər. Bəzi hallarda saçlar yanır. Ümumiyyətlə, rəngi açılmış saçlar artıq əvvəlki kimi təbii və sağlam olmur. Saçlarınızı təbii yolla açmaq üçün sizə bir neçə maska təqdim edirik.

Sarı saçlar üçün çobanyastığı və nərgiz maskası

2 su stəkanı isti suya qurudulmuş nərgiz, çobanyastığı çiçəklərini 30 dəqiqəlik müddətə dəmlənməyə qoyun. Saçınızı yuduqdan sonra bu losyon ilə isladın. Və dəsmala bükərək gözləyin. Soyuducuda bu suyu saxlayın və hər yumadan sonra tətbiq edin. Saçlarınız daha çox sarı və daha parlaq olacaq.

Hər saç tipi üçün darçın və bal maskası

2 qaşıq bal və zeytun yağını qarışdırın. İçinə 1 xörək qaşığı darçın əlavə edin. Saçınıza sürtün, yarım saat gözləyin. Həftədə 2 dəfə edilsə, saçınız iki saç tonuna qədər açılır.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!