“Sağlam Azərbaycan Festival”ı na pulsuz qeydiyyat başlandı

Mədəniyyət və Turizm, Gənclər və İdman Nazirliklərinin dəstəyi ilə ölkədə ilk dəfə 25, 26, 27 avqust tarixlərində keçiriləcək “Sağlam Azərbaycan Festivalı”nın http://saglamazerbaycan.az/ saytı bir neçə gündür artıq tam olaraq istifadəyə verilib.

Saytda yaradılan “Ümumi Təsvir”, “Line Up”, “Təşkilatçılar” “Tərəfdaşlar”, “Xəritə”, “Əlaqə” və “Qeydiyyat” bölmələrində festival iştirakçıları üçün mütəmadi olaraq yenilənən ətraflı məlumatlar əks olunur.
Ölkə gənclərini birliyə səsləyən “Sağlam Azərbaycan Festivalı” iştirakçılar üçün tam pulsuz həyata keçirilir. Festivala giriş bütün yaş qrupları üçün sərbəstdir. İştirakçılar təqdim olunan xidmət və əyləncələrdən ödənişsiz istifadə edə biləcək. Bundan əlavə, festivalda təqdim olunacaq maraqlı proqramlarda təkcə müşahidəçi yox, həm də iştirakçı olmaq istəyənlər http://saglamazerbaycan.az/ saytının “Qeydiyyat” bölməsində qeydiyyatdan keçərək, iştirak edəcəkləri bir və ya bir- neçə proqramı seçə bilər . Qeydiyyatdan keçənlər arzuladıqları və seçim etdikləri master klasslara, şou proqramlara, yarışlara, və s maraqlı tədbirlərə birbaşa iştirakçı kimi qatılacaqlar.

“Sağlam Azərbaycan Festivalı”nda təqdim olunacaq proqramlar haqqında http://saglamazerbaycan.az/ saytı və https://www.facebook.com/saglamazerbaijan/?fref=ts facebook səhifəsindən gündəlik olaraq ətraflı məlumat almaq mümkündür. Festivalın rəsmi saytında (http://saglamazerbaycan.az/ saytı ) və facebook (https://www.facebook.com/saglamazerbaijan/?fref=ts) səhifəsində açılış gününə qədər və festivalın gedişatı müddətində operativ məlumatlar yayımlanacaq.

Bütün bunlarla yanaşı “Sağlam Azərbaycan Festivalı”nın iştirakçıları onları maraqlandıran sualları info@saglamazerbaycan.az e- mailinə göndərə və (050)414-41-14 telefon nömrəsi ilə birbaşa əlaqə yaradaraq, məlumat əldə edə bilərlər.

Qeyd edək ki, insanlara sağlam həyat tərzi aşılamaq məqsədilə Azərbaycanda ilk dəfə keçirilən “Sağlam Azərbaycan Festivalı”nın açılışı avqustun 25-i saat 11:00 da, Ağ Şəhər Bulvarında baş tutacaq və 3 gün (25,26,27 avqust) davam edəcək.

Ülviyyə Ədalətqızı

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: