EventsFaydamız OlsunSağlamlıqTəqdimat

Sağlam Ürək Həftəsi – Dünya Ürək Günü

Dünya Ürək Federasiyasının təşəbbüsü ilə 2000-ci ildən etibarən hər il 29 sentyabr “Dünya Ürək Günü” kimi qeyd olunur.

Dünya Ürək Federasiyası dünyanın 100-dən çox ölkəsində ürək cəmiyyətləri və ürək fondlarının birgə səyi sayəsində 200 üzv təşkilatın birləşmiş icması vasitəsi ilə bütün dünyada ürək xəstəliklərinə qarşı mübarizə aparır. Dünya Ürək Federasiyasının təşəbbüsü ilə 2000-ci ildən etibarən hər il 29 sentyabr “Dünya Ürək Günü” kimi qeyd olunur.

“Dünya Ürək Günü”nün keçirilməsində məqsəd əhalini ürək-damar xəstəliklərinin təhlükəliliyi barədə məlumatlandırmaq, bu xəstəliklərin qarşısının alınması istiqamətində profilaktik tədbirlərin uğurla aparılmasına nail olmaqdır. Dünya Ürək Federasiyası “Dünya Ürək Günü”nü hər il fərqli şüarla qeyd edir. “Həyatına enerji qat!” (“Power Your Life”) “Dünya Ürək Günü”nün bu ilki şüarıdır.

Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti 2010-cu ildən etibarən Dünya Ürək Federasiyasının “Dünya Ürək Günü” ilə bağlı tədbirlərinə öz töhfəsini verir. Bu günlə bağlı əsasən paytaxt Bakıda və regionlarda silsilə tədbirlər, beynəlxalq konfranslar və alış-veriş mərkəzlərində aksiyalar keçirilib, eyni zamanda ictimaiyyət nümayəndələrinin iştirakı ilə seminarlar təşkil edilib, maarifləndirici məlumat kitabçaları paylanılıb, uşaq evinin sakinləri kardioloji müayinədən keçirilib.

Bu tədbirlərin davamı kimi, AÜDCC tərəfindən bu il də Dünya Ürək Günü ilə əlaqədar silsilə tədbirlər həyata keçiriləcək. AÜDCC İdarə Heyətinin qərarı ilə sentyabrın son həftəsi “Sağlam Ürək Həftəsi” elan edilib.

Bu həftə çərçivəsində 28, 29, 30 sentyabrda paytaxtda yerləşən alış-veriş mərkəzlərində “Həyatına enerji qat!” şüarı altında aksiyalar baş tutacaq, ictimaiyyət nümayəndələri ilkin tibbi müayinədən keçiriləcək, əhalinin ürək sağlamlığı üçün vacib olan məlumatlardan hazırlanmış maarifləndirici məlumat kitabçaları paylanılacaq.

Oktyabrın 1-də Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ilə birgə Park İnn otelində yerli və əcnəbi kardioloq və kardiocərrahların iştirakı ilə beynəlxalq elmi konfrans keçirəcək.

AÜDDC sədri, tibb elmləri doktoru, kardiocərrah Kamran Musayev Dünya Ürək Günü ilə əlaqədar keçiriləcək tədbirlərlə yanaşı, sosial şəbəkələr vasitəsilə geniş təbliğat kampaniyası həyata keçiriləcəyini də bildirib. “Sosial şəbəkələr bu gün cəmiyyət həyatının ayrılmaz parçasına çevrilib. Bu məqsədlə bütün sosial şəbəkə istifadəçilərini aktiv olaraq “Dünya Ürək Günü” təbliğat kampaniyasına qoşulmağa səsləyirəm. “Həyatına enerji qat!” sağlamlıq həftəsinə qoşulun, sağlam ürək selfisi çəkərək sosial şəbəkə hesablarınızda #worldheartday #dünyaürəkgünü #poweryourlife #həyatınaenerjiqat hashtag-larından istifadə edərək paylaşımlar edin və “Dünya Ürək Günü”nə töhfənizi verin.” Frame.az14446102_10154106871209247_6251913917210377732_n 14463309_10154106871904247_1205401106115921672_n 14448836_10154090354849247_7107837345337887605_n

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!