Sağlamlıq

Sağlam və düzgün yolla qidalanmaq

Hər zaman olduğu kimi, dünyada ən qlobal problemlərdən biri də köklükdür. Arıqlamaq üçün insanlar müxtəlif yollara əl atır – dietalar saxlayır, dərmanlar qəbul edir, masaj salonlarına gedirlər. Amma heç bir nəticə əldə edə bilmirlər. Bəs necə asan, həm də tez bir zamanda artıq çəkilərdən qurtulmaq olar?

Hər zaman formada qalmaq və arıqlamaq üçün ən ideal variant düzgün qidalanmadır. Düzgün qidalanaraq və idmanla məşqul olaraq artıq çəkilərdən azad ola bilərsiniz. Arıqlamağın 70%-ni düzgün qidalanma, 30% -ni isə idman təşkil edir. Düzgün qidalanmaya keçməzdən əvvəl gündəlik menyunuzu hazırlamalısınız. Çox zaman ətrafdakılar ” düzgün qidalanma çox pul aparır” deyə fikirlər bildirir. Lakin bu belə deyil.

Düzgün qidalanmaya nələr aiddir və necə qidalanmaq lazımdır?

Günə ilk olaraq 1 stəkan ( istəsəniz suya bal və limon suyu qatıb içə bilərsiniz) su ilə başlaya bilərsiniz. Ac qarına su içmək metobolizmanı sürətləndirir. Su içdikdən yarım saat sonra səhər yeməyinizi yeyə bilərsiniz.
Gün ərzində 5-6 dəfə qidalananın. Hər yemək arası məsafəni 1.5 və ya 2 saata bölmək daha yaxşıdır. Mütləq hər dəfə yeməkdən yarım saat əvvəl 1 stəkan su içməlisiniz. Çox yağlı və duzlu yeməklərdən uzaq durun. Yeməyin yağını və duzunu maksimum dərəcədə azaltmağa çalışın. Duzlu yemək çəkinizin azalmağına mane olur.Günün birinci yarısı qarabaşaq, düyü, bulqurdan istifadə edə bilərsiniz. Meyvə və tərəvəzlərdən daha çox istifadə etməyə çalışın. Qaynadılmış ət, toyuq və balıq yeyin. Qarnir kimi yeməklərinizin yanında tərəvəz salatları yeyin. Salatlarınızda zeytun yağından istifadə edə bilərsiniz. Əgər şirniyyatdan asılısınızsa, o zaman saat 12- yə kimi kalorisi az olan şirniyyatlardan istifadə edin və ya evdə özünüz hazırlayın. Saat 6-dan sonra heçnə yemək olmaz kimi fikirləri yadınızdan çıxarın. Sonuncu qidanızı yatmağa 4 saat qalmış qəbul etməlisiniz. Ən əsas məsələlərdən biri də gün ərzində 1.5 və ya 2 litr su içmək (çox su içmək daha çox kalori itirməyinizə səbəb olacaq), qidanı hər gün müəyyən olunmuş vaxtda qəbul etmək və daha çox çeynəmək lazımdır. Bütün bunlarla yanaşı idmanla məşqul olsanız, daha yaxşı nəticə alacaqsınız.

Sami Ra

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!