Sağlamlığınız naminə fikir verməli olduğunuz 10 məqam

Biz, sağlam və yeni həyata başlayıram deyən insanları təsəvvür edərkən ilk öncə gözlərimiz önünə məşq zalları, gözəl idman forması və zərərli vərdişlərdən tam uzaqlaşmağı gətiririk. Bütün bunlar bir həqiqətdir, lakin belə gözəl başlanğıcı heçə endirəcək qədər gücə malik gündəlik istifadə etdiyimiz xırda şeyləri də unutmamalıyıq. Aşağıda sağlamlığınız naminə daim fikir veriləsi 10 məqamı nəzərinizə çatdırmaq istərdik.

Köhnə plastik qab

Əksər insanlar plastik qablardan ibarət bir dəst alıb onlardan illər boyu istifadə edirlər. Belə münasibət isə yumşaq desək onların sağlamlığına ziyan vurur. Məsələ burasındadır ki, polikarbonatın tərkibində BPA maddəsi var ki, o da tədricən plastik qabın divarlarından qidaya sızır. Bir anlıq təsəvvür edin, siz belə plastik qabda olan qidanı mikrodalğalı sobada qızdırarkən nələr baş verir. Həkimlər hər iki aydan bir belə qabları yeniləməyi məsləhət görürlər.

Antibakteriyal sabun

Antibakteriyal sabun bakteriyaların məhv edilməsində adi sabundan heç də çox effektiv deyil. Amma bu tip yuyucu vasitələrin aktiv tərkib hissəsi olan triklozan isə əksinə, sizin sağlamlığınıza ziyan da vura bilər. Alimlər sübut ediblər ki, antibakteriyal sabunlardan mütəmadi istifadə orqanizmin antibiotiklərə qarşı dözümlülüyünü artırır.

Hava təravətləndirən vasitələr

Hava təravətləndirən vasitələrin əksəriyyətinin tərkibində ftalatlar adlı maddələr olur ki, bunlar da xoş qoxunun uzun müddət havada qalmasına kömək edir. Bu ftalatların sağlamlığınıza ziyanı uzun zamandır təsdiq edilib. Hər şeylə yanaşı bu ziyanlı maddələr reproduktiv funksiyaya mənfi təsir edir.

Köhnə idman ayaqqabıları

Bəzən sevimli və uzun müddət geyinilən ayaqqabıları atmaq ağır olur. Lakin bu bağlılıqdan nəinki azad olmaq olar, bu eyni zamanda sağlamlığınız üçün vacibdir. Belə ki köhnə idman ayaqqabıları tədricən öz amortizasiya xüsusiyyətlərini itirir və nəticədə sizin oynaqlara zərər dəyir.

Diş fırçası

Eyni sözləri diş fırçasına da aid etmək olar. Amerika stomatoloqlar assosiasiyasının həkimləri hər iki ayda bir diş fırçasını dəyişməyi məsləhət görürlər. Əks halda işlənmiş fırça diş ətini və diş mina qatını zədələyə bilər.

Ədviyyatlar

Heç də düşünməyin ki ədviyyatların yararlılıq müddəti yoxdur. Nənələrimizdən qalan qurudulmuş otlar bizi öldürməsə də qida borumuza kifayət qədər zərər yetirə bilər. Bundan başqa, əlavə dad vermək əvəzinə siz artıq kalorilərlə zəngin bir yemək əldə edirsiniz.

Qabyuyan süngər

İdeal şəraitdə qabyuyan süngəri hər iki gündən bir dəyişməyiniz məsləhətdir. Əks halda burada o qədər zərərli mikrob və bakteriyalar toplanacaq ki, bu növbəti qabyuma zamanı qablarınızı əksinə daha da çirkli edəcək. Misal üçün, salmonella bakteriyası süngərin girintili çıxıntılı üst təbəqəsində özünü çox gözəl hiss edir.

Doğramaq üçün plastik lövhə

Doğramaq üçün lövhənin materialı olaraq plastikdən istifadə etmək heç də məqsədəuyğun deyil. Tədricən onun səthində xırda arakəsmələr peyda olur ki ora da öz növbəsində bakteriyalar dolur. Üzərində doğranılan hər yeni qıda da beləcə bu bakteriyalara bulaşır. Daha keyfiyyətli taxta lövhələrə keçin: taxtanın tərkibində olan qətran təbii antibakteriyal rol oynayır.

Rəqəmsal detoks

Bizim siyahıda bəlkə də yerinə yetirilməsi ən çətin olan bu məqamdır. Çox az insan tapılar ki, öz iradəsinə güc gələrək bir neçə saatlıq da olsa smartfonlardan, planşetlərdən və ya noutbuklardan ayrı dayansın. Psixoloqlar əmin edirlər ki, hər bir insana informasiya blokadasında qalmaq üçün həftədə ən azı bir gün vacibdir. Sizcə daimi yorğunluq hissi bizlərdə hardandır?

Oturaq həyat tərzi

Son tədqiqatlar müəyyən edib ki, insan gün ərzində ortalama 7.7 saat oturaq halda keçirir. Sonra da axşam olur və o uzanıb yatır. Bu isə heç bir işə yaramaz. Bəzi araşdırmalara görə tənbəlliyə meylli insanların əksəriyyəti oturaq vəziyyətdə 15 saata qədər qala bilər. Belə həyat şəraiti maddələr mübadiləsini maksimal dərəcədə yavaşladır və sağlamlığınız üçün ziyandır. Belə şəraitdə isə artıq çəki və infarkt da çox özünü gözlətmir.

Maraqli.info

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: