MəsləhətSağlamlıq

Sağlamlığınıza faydalı ola biləcək məsləhətlər

Əgər miqrendən əziyyət çəkirsinizsə, əllərinizi buzlu suyun içinə qoyun. Bu sizi rahatladacaq.

Ağcaqanadların dişlədiyi yerin qaşıntısını kəsmək üçün həmin yerə dezodorant sıxın.

Yuxuya getməkdə çətinlik çəkirsinizsə, 1 dəqiqə ərzində gözlərinizi tez- tez açıb yumun. Gözləriniz yorulacaq və yuxuya gedəcəksiniz.

Yatmazdan əvvəl oxuduqlarınız, səhər yuxudan ayıldıqda yadınızda qalacaq.

Asqırmağınızın qarşısını almaq təhlükəlidir. Lakin, dilinizi dişlərinizin arxasına sıxsanız qarşısını ala bilərsiniz.

Duş qəbul edərkən isti suyu soyuq su ilə əvəz etsəniz dərinizdəki məsamələr bağlanacaq. Bu da dəriyə kir və bakteriyaların girməsinin, həmçinin ağcaqanadların dişləməsinin qarşısını alacaq.

Yataqda olduğunuz zaman başınız fırlansa, yerdə diz üstündə oturun. Bu hərəkət beyninizə kömək edəcək.

Əgər özünüzü yuxulu hiss edirsinizsə, nəfəsinizi bir müddət saxlayın. Bu ayılmağınıza kömək olacaq.

Gülməyinizi saxlaya bilmirsinizsə, özünüzü çimdikləyin.

Boğazınızda qızıqlanma varsa qulağınızı yavaşca oynadın.

Qusmağınız gəlirsə, baş barmağınızı yumruğunuzun içinə salın və möhkəm sıxın.

Beyninizi donmuş kimi hiss edirsinizsə, dilinizi damağınıza sıxın.

Əgər dişiniz ağrayırsa, baş barmağınız ilə işarə barmağınız arasına buz qoyub ovuşdurun. Bu ağrını 50 % azaldacaq.

Burnunuz tutulubsa yanınıza soğan qoyun.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!