Sağlamlıq imkanları məhdud uşaqlar üçün pulsuz göz müayinələri keçirilib

Avqustun 8-də akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin səyyar klinikası Şağan qəsəbəsində yerləşən 1 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsində olub.

Frame.az xəbər verir ki, Beynəlxalq Oftalmologiya Günü münasibətilə baş tutan tədbirdə sağlamlıq imkanları məhdud uşaqlar arasında oftalmoloji baxış keçirilib. Müasir diaqnostik və cərrahi avadanlıqla təchiz olunmuş səyyar klinikada uşaqların göz müayinələri edilib, patologiyalar aşkarlanıb. Uşaqlar təyin olunmuş eynəklərlə Milli Oftalmologiya Mərkəzi tərəfindən təmin ediləcəklər.

Oftalmoloji aksiya çərçivəsində mərkəz tərəfindən uşaqlara hədiyyələr təqdim edilib.

Tədbir çərçivəsində uşaqların əl işlərindən ibarət sərgi təşkil olunub.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: