“Şah Qacar” Milli Dram Teatrında növbəti dəfə səhnəyə çıxacaq

Aprelin 13-də Azərbaycan Akademik Milli Dram Teatrında “Şah Qacar” tamaşası növbəti dəfə nümayiş olunacaq.

Teatrın mətbuat xidmətindən Frame.az-a bildirilib ki, Əməkdar İncəsənət Xadimi Əli Əmirlinin “Bütün deyilənlərə rəğmən və ya Ağa Məhəmməd Şah Qacar” pyesi əsasında hazırlanan səhnə əsərinin müəllifi, quruluşçu rejissoru və rəssamı Xalq Artisti Azər Paşa Nemətov, rejissoru Anar Babalı, bəstəkarı Xalq Artisti Siyavuş Kərimi, işıq rəssamı Rafael Həsənov, elmi məsləhətçisi akademik Çingiz Qacardır. Tamaşa Mədəniyyət və Turizm Nazirliyinin

sifarişi əsasında hazırlanıb.

İkihissəli səhnə əsərində teatrın tanınmış aktyorları iştirak edəcək. Səhnə əsərində Qacarın uşaqlıq əzabları, anası və qardaşı ilə münasibətləri, qüdrətli dövlət qurmaq yolundan apardığı mübarizə məharətlə əks olunur.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: