EventsMədəniyyətTəqdimat

Şahdağ otelində “Qələbənin Dadı” adlı tədbir keçirilib

Cənab Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında şərabçılığın inkişafına dair Dövlət Proqramı”-na əsasən Dövlət Turizm Agentliyinin təşəbbüsü ilə Şahdağ Otel və Spa mərkəzində yerli istehsalçılara dəstək olaraq “Naigin K Tovuz Baltiya” və “Tovuz Retail” şirkətlərinin məhsullarının dequstasiyası keçirilib.

Tədbir 26 iyun – Silahlı Qüvvələr Gününə təsadüf edib.

“Qələbənin Dadı” adlı tədbir zamanı Şahdağ Otel və Spa mərkəzinin qonaqlarına, eləcə də tədbir iştirakçılarına Tovuz Brendi adı altında müxtəlif növ yerli istehsal olan məhsullar: şərablar, konyaklar, likyorlar təqdim olunub.

Tədbir iştirakçıları dequstasiyada fəal iştirak edib. Onlar bu təşəbbüsün hər il və davamlı keçirilməsini arzu ediblər.

Şirkət rəhbərliyi bir daha yaradılmış şəraitə görə Azərbaycan Turizm Agentliyinə, Şahdağ Otel və Spa mərkəzinə təşəkkür edir.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!