“Şahdağ” Turizm Mərkəzi yay mövsümünü bağlı elan edib

Sentyabrın 25-dən etibarən Şahdağ” Turizm Mərkəzi yay mövsümünü bağlı elan edib.

Mərkəzdən bildirilib ki, yay mövsümü artıq başa çatıb. Sayca beşinci olan bu yay mövsümü ərzində mərkəzə üz tutan turistlərin sayı keçən yay mövsümlərindəki rəqəmləri üstələyərək 40 mindən çox olub. Onların 68 faizdən çoxunu xarici ölkələrdən olan turistlər, xarici turistlərin 83 faizdən çoxunu isə ərəb ölkələrindən gələn turistlər təşkil ediblər.

Ümumilikdə əcnəbi qonaqların, xüsusilə Səudiyyə Ərəbistan, BƏƏ, Oman, Küveyt və İraq kimi ölkələrdən olan qonaqların nisbətən çoxluq təşkil etdiyi bu mövsüm də bir-birindən maraqlı tədbirləri və əyləncələri ilə yadda qalıb, mərkəzdə göstərilən xidmətlərin say və keyfiyyətinin yaxşılaşdırılması istiqamətində işlər görülüb, ilk dəfə olaraq çoxdan gözlənilən dağ paraşütü hesab olunan paraplan xidməti istifadəyə verilib.

Eləcə də bu mövsüm ilk dəfə olaraq uşaqlar üçün ingilisdilli “Şahdağ” Yay Düşərgəsi beynəlxalq pilot layihəsinin əsası qoyulub, 3 ay davam edən layihə çərçivəsində yay düşərgəsində Azərbaycan, Türkiyə, İran, Fransa, BƏƏ, Gürcüstan, Rusiya və Mərakeş kimi ölkələrdən 160-dan çox uşaq iştirak edib. “ASAN Məktub” layihəsi ilə birlikdə təşkil edilmiş xeyriyyəçilik aksiyası nəticəsində respublikanın müxtəlif bölgələrindən aztəminatlı ailələrdən olan 25 uşağa xeyriyyə məqsədilə düşərgədə bir həftəlik istirahət hədiyyə edilib.

Ənənəvi olaraq, mərkəzdə qış mövsümünün açılışı dekabr ayının ilk ongünlüyünə təsadüf edəcək. Qış mövsümünün açılışına kimi isə mərkəz ərazisində 5 ulduzlu “Şahdağ Hotel və Spa” fəaliyyət göstərəcək.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: