EventsIdmanPR-TanıtımTəqdimatƏyləncə

Şahmat turniri başa çatıb

Debut Chess Club və Majlis Business Network-ün təşkil etdiyi “İşgüzar Şahmat Turniri” başa çatıb.

Turnirdə 40-dan şirkətdən sahibkar və menecerlər iştirak edib.

Qeyd edək ki,  9 turdan ibarət olan şahmat turnirinin son günündə akademiyanın təsisçisi,  mərhum şahmatçı Vüqar Həşimovun atası Qasım Həşimov da çıxış edib.

Turnirdə qaliblər elan edilib. Belə ki, ilk üç yerin qalibinə medal və sertifikatlar, həmçinin Roof Academic Training və Biznesklass şirkətləri tərəfində hədiyyələr təqdim olunub.

Tədbirin tərəfdaşları  Roof Academic Training, Biznesklass, İdeya Tərcümə Mərkəzi, Kolorit cafe & dining, Supreme Mebel, Brandup, IB Club və Vüqar Həşimov adına Şahmat Akademiyasıdır.

Majlis Business Network daim müxtəlif formatlarda sahibkarlar, rəhbərlər və menecerləri bir araya toplayır və şəbələşmə mühiti yaradır.

Təşkilatın keçiridiyi tədbirlərə “Business Networking Night”, “Dəyirmi masa”, “Coffee Break” “İşgüzar Şahmat Turniri” kimi yığıncaqlar daxildir.

Majlis Business Network haqqında daha ətraflı məlumat almaq və növbəti tədbirlərdən xəbərdar olmaq üçün Majlis Business Network səhifəsini bəyənə və qrupa qoşula bilərsiniz.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!