Şahmat üzrə milli komandamız 3 qat Avropa çempionu oldu

Azərbaycanın kişilərdən ibarət şahmat üzrə yığma komandası Yunanıstanda keçirilən komanda Avropa çempionatında sonuncu görüşünü keçirib. Şahmatçılarımız 9-cu turda liderlər qrupunda qərarlaşan Ukrayna millisi ilə qarşılaşıb. Çempionluğa iddialı komanda ilə qarşılaşma kifayət gərgin və maraqlı mübarizə şəraitində keçib. Təmsilçilərimizdən Teymur Rəcəbov Yuri Krivoruçko ilə heç-heçəyə razılaşıb. Rauf Məmmədov isə Yuriy Kuzubovla xalları yarı bölüb. Eyni nəticəyə Şəhriyar Məmmədyarov da imza atıb. Şah ləqəbli qrossmeysterimiz Pavel Elyanovla dueldən sülhlə ayrılıb.Arkadiy Naydiç və Ruslan Ponomayrovun görüşündə də qalib müəyyənləşməyib. Beləliklə Azərbaycan – Ukrayna qarşılaşması 2:2-lik bərabərliklə yekunlaşıb. Digər görüşdə Rusiya Almaniyaya 3:1 hesabı ilə qalib gəlib. Bu isə turnir cədvəlində iki hakimiyyətliyin yaranmasına səbəb olub. Belə ki, hər iki kollektivin hesabında 14 xalı olsa da, əlavə göstəricilərə əsasən kişilərdən ibarət milli komandamız tarixində 3-cü dəfə qitənin ən güclüsü adını qazanıb. Xatırladaq ki, şahmat üzrə kişilərdən ibarət milli komandanız 2009 və 2013-cü illərdə də Avropanın ən güclüsü adına yiyələnib.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: